May 27, 2019 16:25 Asia/Baku
  • Əksər avropalılar Avropa Birliyinin gələcəyinə bədbindirlər
    Əksər avropalılar Avropa Birliyinin gələcəyinə bədbindirlər

Bir rəy sorğusunun nəticələri əksər Avropa vətəndaşlarının Avropa Birliyinin gələcəyinə bədbin olmalarından və bu birliyin dağılmasının mümkünlüyündən söz açır.

Almaniyada çıxan "Züddöyçe Saytunq" qəzetinin məlumatına görə, İngiltərədə "YouQov"(YouGov) beynəlxalq müəssisəsinin rəy sorğusunun nəticələri göstərir ki, bu birliyə üzv ölkələrin əksər vətəndaşları Avropa Birliyi barədə geniş məlumata malik olsalar da onun gələcəyinə bədbindirlər.

Bu rəy sorğusuna əsasən, Avropa Birliyində avropalıların gündəlik həyatı dərk etmələri ilə gələcək üçün gözlədikləri məsələ arasında böyük fərq mövcuddur.

Respondentlərin əksər hissəsi hazırkı Avropa Birliyinin proqnozediləsi bir zamanda dağılması ehtimalından danışıbdır.

Həmçinin hətta respondentlərin yarısı avropalı ölkələr arasında savaşın baş verməsi ehtimalını rədd etməyibdir.

Avropa ölkələri vətəndaşlarının böyük əksəriyyəti inanır ki, bugünkü övladlar üçün vəziyyət, gələcəkdə valideynlərinkindən yaxşı olmayacaqdır.

Bu rəy sorğusunun nəticəsi həmçinin göstərir ki, Avropa ölkələri vətəndaşlarının ən böyük nigarançılığı, iqlim dəyişiklikləri məsələsi olub və bütün ölkələrdə vətəndaşların böyük əksəriyyəti ətraf mühitə dəstəyi hətta iqtisadi inkişaf məsələsindən daha mühüm sayıbdır.

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) "YouQov" beynəlxalq müəssisəsi tərəfindən təşkil olunan bu rəy sorğusu mart-aprel aylarında Avropa Birliyinə üzv on dörd ölkədə, altmış min nəfərdən çox insan arasında aparılıbdır.

Teqlər