May 28, 2019 14:57 Asia/Baku
  • İsrail rejiminin Suriyaya hücumları bu rejimin Fələstinə olan hücumlarının davamıdır
    İsrail rejiminin Suriyaya hücumları bu rejimin Fələstinə olan hücumlarının davamıdır

Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın sözçüsü bazar ertəsi günü axşam sionist rejimin Suriya və Livan ərazilərinə olan raket və PUA hücumlarını bu rejimin Fələstinə olan hücumlarının davamı kimi qiymətləndirdi.

Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Həmas-ın sözçüsü Hazim Qasim dedi: İsrail rejimi müsəlmanlar arasındakı ixtilaflardan öz təcavüzkar hücumlarını davam etdirmək və Fələstini məhv etmək üçün öz planlarını icra etmək üçün sui-istifadə etməyə çalışır.

Bazar ertəsi günü axşam sionist rejimin Qüneytərə vilayətində yerləşən Təl-Şəar məntəqəsində Suriya ordusunun mövqelərinə raket zərbələri endirib. Nəticədə bir hərbçi şəhid olub. bir neçə nəfər də yaralanıb.

Əl-Məyadin informasiya kan alı da sionist rejimin pilotsuz uçan aparatlarının Livanın cənubunda Zəfta vadisi kəndi ilə Nəmiriyə qəsəbəsi arasındakı məntəqəyə hücum etməsindən xəbər verib.

Teqlər