May 29, 2019 11:39 Asia/Baku
  • newsroom
    newsroom

BMT baş katibinin köməkçisi Təhlükəsizlik Şurasının iclasında Suriyanın İdlib vilayətində gərginliyin artmasına dair xəbərdarlıq etdi.

APTN telekanalının bildirdiyinə görə, BMT baş katibinin humanitar məsələlər üzrə kordinator müavini Ursula Müler Təhlükəsizlik Şurasının iclasında dedi: Suriyanın İdlib şəhərində çoxsaylı insan didərgin vəziyyətinə düşüb və toqquşmaların getdiyi bir çox məntəqədə insanlara yardımların çatdırılması əməliyyatı dayandırılıb. 

Müler həmçinin dedi: Təhlükəsizlik Şurasının üzvləri Suriyadakı acınacaqlı durumla yaxından tanışdırlar. İdlibdə sivil əhalini müdafiə etmək lazımdır. Gözlərimiz önündə proqnoz edilməsi və önlənilməsi mümkün olan bir faciənin baş verməsinə icazə vermək olmaz. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Vorşinin də bu iclasda çıxış edərək, dedi: Təhrir Əş-Şam terror qruplaşması insanları qorxudur və onları incidir. Sivil infrastrukturlardan öz hərbi məqsədləri üçün istifadə edir. Mülki əhalidən insan qalxanı kimi faydalanır. Həmçinin, İdlibdə atəşkəslə bağlı beynəlxalq qanunların pozulmasına dair heç bir hal qeydə alınmayıb. Çünki, Təhrir Əş-Şam qruplaşması İdlibdəki atəşkəslə bağlı tərəflərin heç birinə aid deyil. Atəşkəs Astana prosesi əsasında Suriya dövləti ilə silahlı qruplaşmalar arasında bağlanıb. Amma, Təhrir Əş-Şam, Ənnüsrə Cəbhəsi və Əl-Qaidə terrorçu qruplardırlar. 

Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəri də Təhlükəsizlik Şurasının iclasında dedi:Həqiqət gizli deyil. Suriya xalqının bütün ağrı və acılarının səbəbi müxtəlif adlar altında fəaliyyət göstərən, əcnəbi dövlətlərə bağlı olan və beynəlxalq terrorçulardan təşkil olunmuş cinayətkar terror dəstələrinin fəaliyyətlərindən qaynaqlanır. Həmçinin, bir reallıq da bundan ibarətdir ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri və bir sıra digər ölkə "insan haqları" məsələsindən Suriyanı hədəfə almaq üçün sui-istifadə edirlər. 

Teqlər