May 29, 2019 12:37 Asia/Baku
  • Donald Tuskun Avropa Parlamenti seçkilərinə reaksiyası
    Donald Tuskun Avropa Parlamenti seçkilərinə reaksiyası

Avropa Şurasının sədri Avropa Birliyinin tərəfdarlarını son seçkilərin qalibi adlandırdı və dedi: Brexit prosesi Avropa Birliyinə qarşı yalan təbliğatlar üçün bir vaksin idi.

Röyters-in məlumatına görə, Avropa Şurasının sədri Donald Tusk dedi: Avropalıların çoxunun Avropa Birliyinin tərəfdarı olanlara səs vermələrinin səbəbi Brexit prosesidir. 

Tusk həmçinin dedi: Avropalılar Brexit-in praktikada necə bir şey olduğunu gördükləri zaman, bundan nəticə çıxartdılar. 

Britaniya bu ölkə xalqının 2016-cı ildə keçirilən referendumda Avropa Birliyindən çıxmağa səs verməsindən sonra Brexit prosesi başlandı. Amma, bir çox siyasi-ictimai qalmaqala səbəb olan bu mürəkkəb proses ölkə daxilində gərginliklə müşahidə olundu və Britaniya iqtisadiyyatına da zərbə vurdu. Əlbəttə, bütün bunlara baxmayaraq, Brexit hələ də gerçəkləşməyib. 

Britaniyanın baş naziri Tereza Mey də 24 mayda Brexit müəmmasını çözə bilmədiyini etiraf edərək, 7 iyunda öz vəzifəsindən istefa verəcəyini bildirdi. 

Avropa Parlamentinə seçkilərdə ifratçı sağçılar və Avropa Birliyi ilə müxalif olanlar daha çox yer əldə etdilər. Seçkilərin yekun qalibinin ifratçılar olduğunu demək olar. 

Teqlər