İyun 11, 2019 21:37 Asia/Baku
  • Lavrov: Qərbin təhriki ilə İdlibdə gərginlik şiddətlənəcək
    Lavrov: Qərbin təhriki ilə İdlibdə gərginlik şiddətlənəcək

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Suriyanın İdlib vilayətində gərginliyin artması Qərb ölkələrinin təhriki ilə həyata keçir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: İdlibdə gərginliyin artması Qərb ölkələrinin təhriki ilə həyata keçir. Rusiya və Suriya ordusu İdlibdə terror qruplarının təcavüzlərinə cavab verəcəklər.

Lavrov əlavə edib: İdlibdəki təhrikedici hərəkətlər Suriyanın daxili işlərinə xarici müdaxilə və düşmənçilik siyasətinin nəticəsidir. Soçi şəhərində imzalanmış razılaşmaya əsasən, silahlı qrupları Cibhətunnusrə terror qrupundan ayırmaq lazımdır.

Rusiyanın xarici işlər naziri həmçinin bildirib ki, İdlib vilayətində Qərb istehsalı olan çoxlu miqdarda silah mövcuddur. O, deyib: Türkiyə regionda zorakılığa nəzarət sahəsindəki rolunu icra etməlidir.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.

Teqlər