İyun 19, 2019 09:41 Asia/Baku
  • Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb
    Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

Rusiyanın xarici işlər naziri deyib: Amerikanın İranın Oman dənizi hadisəsindəki roluna dair faktları hətta Vaşinqtonun yaxın müttəfiqlərinin arasında belə şübhə doğurur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən TASS xəbər agentliyi ilə müsahibədə bildirib ki, Moskva Oman dənizindəki iki tanker hadisəsində İranın iştirakını göstərən sənəd və faktlara malik deyil.

O, əlavə edib: Amerikanın bu sahədə təqdim etdiyi faktlar olduqca qaranlıqdır və qısa bir filmə və bir neçə şəkilə şamil olur ki, hətta Vaşinqton ilə müttəfiq olan ölkələr arasında belə bir çox suallar doğurur.

Lavrov deyib: Biz bu hadisənin dəqiq şəkildə araşdırılmasını istəyirik.

Qeyd edək ki, İran da elə əvvəldən bu barədə təhqiqatın aparılmasını istəyibdir.

Amerikalıların İrana qarşı iddiaları elə bir haldadır ki, bu iki tankerdə yanğının baş verməsindən sonra İranın limanlar və dənizçilik təşkilatının axtarış və xilasetmə bölməsi dərhal meydana girib, bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi üçün onları İranın cənubundakı Cask limanına köçürdü.

Bundan öncə də mayın 12-də əmirliklərin Əlfucəyrə limanında dörd tanker qəzaya uğradı.

Amerika, əmirliklər və ərəbistan ötən həftələr ərzində İranı bu hadisədə günahlandırmağa çalışdılar, amma bir iş görə bilmədilər.

 

Teqlər