İyul 09, 2019 11:40 Asia/Baku
  • ABŞ rəsmisi: Trampın anti-İran münasibəti təhlükəlidir
    ABŞ rəsmisi: Trampın anti-İran münasibəti təhlükəlidir

Demokrat senator ABŞ prezidentinin anti-İran siyasətlərini kəskin şəkildə tənqid edib və onu təhlükəli adlandırıb.

Demokrat senator Kris Van Hollen CNN telekanalı ilə müsahibədə deyib: Prezident Tramp İranla nüvə anlaşmasından çıxanda və sanksiyaları geri qaytaranda İran aylarla xəbərdarlıq etdi ki, daha ona sadiq qalmayacaqdır.

Bu senator İranın nüvə anlaşmasına sadiq qalmasına toxunaraq, ümidvarlıq edibdir ki, avropalı rəhbərlər İranın nüvə proqramı ilə bağlı son olaylarla əlaqədar irəliyə doğru bir yol tapacaqlar.

Van Hollen bildirib ki, Tramp hökuməti İran qarşısında real strategiyaya malik deyil və Trampın mövqeyi olduqca təhlükəlidir.

Merilend ştatından olan bu senator əlavə edib: İraqa hücum qeyri-zəruri bir savaş idi və biz ikinci bir qeyri-zəruri savaşa girməməliyik.

Teqlər