İyul 09, 2019 13:17 Asia/Baku
  • AB-nin İranın uran zənginləşdirməsi səviyyəsinin artmasına reaksiyası
    AB-nin İranın uran zənginləşdirməsi səviyyəsinin artmasına reaksiyası

Avropa Birliyi avropalıların nüvə anlaşmasının icrasında səhlənkarlığa yol vermələrinə işarə etmədən İranı nüvə anlaşmasında üzərinə götürdüyü öhdəliklə təzad təşkil edən uran zənginləşdirməsi ilə bağlı bütün fəaliyyətləri dayandırmağa çağırıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sözçüsü Maya Kasyançiç Avropa Komissiyasınn Brüsseldə keçirilən gündəlik mətbuat konfransında deyib: Biz qəti şəkildə İranı nüvə anlaşmasında üzərinə götürdüyü öhdəliklərlə təzad təşkil edən fəaliyyətlərini dayandırmağa və onları yenidən nəzərdən keçirməyə təşviq edirik.

Kasyançiç Avropa Birliyinin İranın bu həftə elan etdiyi xəbərlərdən olan nigarançılığına işarə edərək, əlavə edib: İranın bu fəaliyyətləri nüvə anlaşmasının İran üçün təyin etdiyi 3,67 faiz həddindən yuxarı zənginləşdirilmiş uran istehsalına şamil olur.

Teqlər