İyul 13, 2019 19:16 Asia/Baku
  • Fransada sarı jiletlilərin etirazlarının 35-ci həftəsi keçirilib
    Fransada sarı jiletlilərin etirazlarının 35-ci həftəsi keçirilib

Fransa hökumətinin siyasətlərinə etiraz edənlər, başqa sözlə, sarı jiletlilər 35-ci həftə ardıcıl şəkildə öz aksiyalarını davam etdiriblər.

Sarı gödəkçəlilərdən ibarət böyük bir qrup bu gün səhər Fransa küçələrinə çıxıbdır ki, 35-ci həftə dalbadal Yelisey sarayının iqisadi siyasətlərinə qarşşı öz etirazını bəyan etmiş olsun.

Sarı jiletlilərin aksiyası Parisdən əlavə, Fransanın digər şəhərlərində də keçirilibdir.

Cümə günü "Qara gödəkçəlilər" adlandırılan afrikalı miqrantlardan ibarət yüzlərlə nəfər də Parisdə aksiya keçirib. Onlar Fransada məskulaşmaq barədə qanuni sənədlər almaq istədiklərini bildiriblər.

Başlıca olaraq, Qərbi Afrika ölkələrindən olan bu miqrantlar özlərinin qeydiyyat problemlərinin aradan qaldırılması üçün Fransanın baş naziri Edvar Filipp ilə görüşüb, danışmaq istədiklərini bildiriblər.

Teqlər