İyul 15, 2019 13:21 Asia/Baku
  • Pelosi Trampın rasist münasibətini tənqid edib
    Pelosi Trampın rasist münasibətini tənqid edib

ABŞ konqresinin nümayəndələr palatasının sədri twitter-də bu ölkənin prezidenti Donald Trampın rasist münasibətini tənqid edib. Yazıb ki, Tramp Amerikanı bir daha ağdərililərin inhisarına salmağa çalışır.

Nensi Pelosi dünən öz twitter hesabında əlavə edib: Trampın konqresin dörd qadın üzvünə "öz ölkələrinə geri dönsünlər" deməsi göstərir ki, Tramp Amerikanı bir daha ağdərililərin inhisarına salmağa çalışır.

Pelos yazıb: Tramp Amerikada təfriqə salmaq yerinə, humanitar bir mühacirət siyasətinin hazırlanması fikrində olmalıdır.

Donald Trampın fərman və siyasətləri; qalmaqallı rəftarları və bəzi hallarda ədəbsiz və rasist rəftarları bais olub ki, bir çox amerikalı siyasətçi onu prezident vəzifəsi səviyyəsində hesab etməsin.

Teqlər