İyul 17, 2019 17:21 Asia/Baku
  • Son aylarda əfqan mülkilərin tələfatının sayı artıbdır
    Son aylarda əfqan mülkilərin tələfatının sayı artıbdır

Əfqanıstan insan haqları komissiyası ilin əvvəlindən bəri 2500 əfqan mülkinin ölməsi və yaralanmasındasn xəbər verib.

Nəreyşen: Ağır hücumlardan xəbər verən yaşayış evləri. Bu günlər Əfqanıstanda hətta həkimlər, qadınlar və uşaqlar da savaşdan amanda deyildirlər. Əfqanıstan insan haqları komissiyası bildirib ki, ilin əvvəlindən bəri 2500 əfqan mülki ölüb və yaralanıb. Bu miqdardan 600 mülki həyatını itiribdir.

Müsahibə(kişi): Biz ötən ildən bəri bombardmanlar nəticəsində mülki şəxslərin tələfatının şahidi olmuşuq. Bu il də bu məsələnin davam etməsinin şahidiyik. Və bəzi yerlərdə təəssüflə, atılan addımlar hərbi cinayətlər nümunəsinin baş verə bilməsinə gətirib çıxaran addımlardır.

Nəreyşen: Xarici qüvvələr və Əfqanıstan hökuməti silahlı müxalifləri mülkilərin yaşayış mənzillərindən sığınacaq kimi istifadədə ittiham edirlər və əvəzində silahlı müxaliflər də xarici və hökumət qüvvələrini kor-koranə hücumlarda ittiham edirlər.

Müsahibə(kişi): Hətta bəzi hallarda prezident əməliyyatları dayandırıbdır. Ona görə ki, mülki şəxslərə ziyan dəyməsin. Ümid edirik ki, bizim təhlükəsizlik qüvvələrimiz öz əməliyyatlarının irəliləyişində prezidentin istiqamətləndirməsini nəzərə alaraq, onu tam diqqətlə işlətsinlər.

Nəreyşen: Bu ilin əvvəlindən bəri Əfqanıstanda ölmüş və yaralanmış təqribən 2500 əfqan mülkidən 750 nəfər uşaq olubdur.

Müsahibə(kişi): Bu bombardmanlar mülkilərin tələfatına bais olur. Və təəssüflər olsun ki, tələfatdan əlavə, müharibə məntəqələrində sivillərin qorxuya düşmələrinə səbəb olur.

Nəreyşen: Əfqanıstan savaşında həyata keçirilən əksər bombardmanlar Amerikanın komandanlığı altında olan NATO qüvvələrinin iştirakı və ya bu qüvvələr vasitəsi ilə həyata keçirilir.

Nəreyşenin davamı: Son aylarda əfqan mülkilərin tələfatının sayının artması elə bir haldadır ki, indiyədək amerikalıların taliblərlə yeddi dövr müzakirəsi də bu tələfatın azalmasına heç ir kömək etməyibdir.