İyul 28, 2019 16:25 Asia/Baku
  • Nigeriya federal məhkəməsinin bu ölkənin islami hərəkatına qarşı hərəkəti
    Nigeriya federal məhkəməsinin bu ölkənin islami hərəkatına qarşı hərəkəti

Nigeriyada bir federal məhkəmə şiələrin bu ölkədəki fəaliyyətlərini qadağan etmək üçün hökumətə Nigeriya islami hərəkatını terror təşkilatları siyahısına salmaq icazəsi verib.

Nigeriya baş prokurorunun müavini Dayo Apata dünən təsdiq edib ki, bir federal məhkəmə bir hökm çıxararaq, bu ölkə hökumətinə Nigeriya islami hərəkatının fəaliyyətini qadağan etmək icazəsi veribdir.

Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin ofisi federal məhkəmənin hökmünə reaksiyada bildirib ki, bu hərəkatın fəaliyyətinin qadağan olunması üzrə fitnəkarlıq 2015-ci ildə cərəyanda olub və bu hökmün çıxarılması da gözlənilirdi.

Nigeriya islami hərəkatının üzvləri bu ölkənin paytaxtı Abucada aksiya keçirərək, bu hərəkatın rəhbəri Şeyx Zəkzakinin azad edilməsini tələb ediblər.

Şeyx Zəkzaki 2015-ci ildə azad edilməsi barədə qərar çıxarılsa da hələ də həbsdə saxlanılır.

Teqlər