Avq 10, 2019 21:33 Asia/Baku
  • Tanzaniyada tanker partlayışında 60 nəfər ölüb
    Tanzaniyada tanker partlayışında 60 nəfər ölüb

Tanzaniya rəsmiləri bildiriblər ki, bu ölkənin paytaxtı Darussəlamda partlayış nəticəsində altmışdan çox insan ölüb, yetmişdən çox insan da yaralanıbdır.

Tanzaniya rəsmiləri bildiriblər ki, bu gün bu ölkənin paytaxtı Darussəlamın qərbində yerləşən Moroqoro qəsəbəsində bir tankerin çevrilməsi və ondan irəli gələn partlayış nəticəsində altmışdan çox insan ölüb, yetmişdən çox insan da ağır yanıqlara düçar olubdur.

Bu məlumata görə, həlak olanların çoxu, çevrilmiş tankerdən boşalmaqda olan yanacağı yığmağa toplaşmış motosiklet sahibləri olubdur.

Afrikanın şərqində bu kimi hadisələr adi hal hesab olunur.

Teqlər