Avq 15, 2019 10:07 Asia/Baku
  • Çin ABŞ-ın ticarət təzyiqləri ilə mübarizəyə təkid edib

Çin ticarət nazirinin müşaviri Pekinin ABŞ-ın ticarət təzyiqləri ilə mübarizəsinə təkid edib.

Van Hacun bu gün Pekində keçirdiyi mətbuat konfransında Amerikanın Çinin ticarət sektoruna qarşı təzyiqlər və tariflər tətbiq etməsini tənqid edərək, deyib ki, Pekin heç vaxt Vaşinqtonun təzyiqlərinə təslim olmayacaqdır.

Çin ticarət nazirinin müşaviri və bu nazirliyin təftiş idarəsinin müdiri əlavə edib: Əgər Amerika Pekinə qarşı ticarət təzyiqlərini davam etdirmək istəyərsə, Çin də cavab addımı atacaqdır.

Amerika prezidenti Donald Tramp son zamanlar bildiribdir ki, Çindən idxal olunan əmtəə mallarından 300 milyard dollara on faizlik rüsum tətbiq edəcəkdir.

Amerika hal-hazırda Çindən idxal olunan əmtəə mallarından 250 milyard dollara 25 faizlik tarif tətbiq edib və yeni tariflər Çindən idxal edilən təqribən bütün məhsulları əhatə edəcəkdir.