Avq 22, 2019 13:01 Asia/Baku
  • Berlin bir daha nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıb

Moskvada səfərdə olan Almaniyanın xarici işlər naziri deyib ki, Berlin nüvə anlaşmasının qorunması vacibliyi barədə Moskva ilə fikir birliyinə malikdir.

Almaniyanın xarici işlər naziri Hayko Maas dünən twitter-dəki istifadəçi hesabında yazıb: İran barədə Rusiya ilə razılığa malikik ki, nüvə anlaşmasının qorunması bütün tərəflərin ortaq mənafeyidir. Bizim İrana mesajımız budur ki, Hörmüz boğazında gərginliyin aradan qaldırılması zəruridir.

Hayko Maasın mesajından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da deyib: Biz İranla nüvə anlaşmasındakı digər tərəflərlə həmkarlıq edəcəyik ki, bu anlaşmanın dağılmasının qarşını almış və bölgədə təhlükəsizliyi qorumuş olaq.

Avropa hökumətləri Amerikanın təzyiqləri qarşısında şifahi müqavimətlərə rəğmən, əməldə bu ölkənin İrana qarşı siyasətlərini müşayiət edirlər.

Teqlər