Avq 27, 2019 19:15 Asia/Baku
  • Korbin Trampın İngiltərənin işlərinə müdaxiləsi haqda xəbərdarlıq edib
    Korbin Trampın İngiltərənin işlərinə müdaxiləsi haqda xəbərdarlıq edib

İngiltərə leyboristlər partiyasının lideri Amerika prezidentinin İngiltərənin daxili işlərinə müdaxiləsi haqda xəbərdarlıq edib.

İngiltərə leyboristlər partiyasının lideri Ceremi Korbin "İndipendent" qəzetindəki məqaləsində ABŞ prezidenti Donald Trampın İngiltərənin sağ təmayüllü mühafizəkar baş naziri Boris Consona dəstək verməsini tənqid edərək, yazıb: Bu ölkənin razılıq olmadan Avropa Birliyindən çıxmasından sonra amerikan şirkətlər bu fürsətdən mənfəət qazanmaq üçün istifadə edəcəklər ki, onun da xərcini İngiltərə xalqı ödəyəcək.

Korbin əlavə edib ki, razılıqsız breksitin qarşısını almaq üçün əlindən gələni edəcəkdir.

Tramp bundan öncə İngiltərənin Avropa Birliyindən çıxması- breksiti himayə etmişdi.

İngiltərənin baş naziri dəfələrlə vurğulayıbdır ki, hər bir formada olursa-olsun, bu ölkənin 2019-cu il oktyabrın 31-də Avropa Birliyindən çıxmasını istəyir.

Teqlər