Avq 29, 2019 09:21 Asia/Baku
  • Bir rəy sorğusunun nəticələri: Tramp 2020-də məğlub olacaq
    Bir rəy sorğusunun nəticələri: Tramp 2020-də məğlub olacaq

Amerikada aparılmış bir rəy sorğusunun nəticələri bu ölkənin hazırkı prezidentinin 2020-ci il Amerika prezident seçkilərində məğlub olacağını göstərir.

Amerikanın Kvinnipek universiteti tərəfindən aparılmış bir rəy sorğusunun nəticələri göstərir ki, 2020-ci il seçkilərində demokratların əsas namizədləri Amerika prezidenti Donald Trampı məğlub edəcəklər.

Amerikanın Kvinnipek universiteti tərəfindən aparılmış rəy sorğusunun nəticələrinə əsasən, bu ölkə xalqı 2020-ci il Amerika prezident seçkilərində 54 faizlə Co Baydenin, 53 faiz ilə isə Berni Sendersin qalib gələcəyini bildiribdir.

Donald Tramp elə bir halda 2020-ci ildə prezident kürsüsünə yiyələnmək üçün seçki rəqabətlərinə daxil olubdur ki, bu ölkə vətəndaşları müxtəlif anti-hökumət aksiyaları keçirərək, onun impiçment edilməsini istəyirlər.

Donald Trampın fərmanları, hərəkətləri, siyasət və qalmaqallı və bir çox hallarda ədəbsicəsinə rəftarları səbəb olub ki, Amerika vətəndaşları və siyasətçilərindən bir çoxu onu bu ölkənin prezidenti dərəcəsinə layiq bilməsinlər.

 

Teqlər