Avq 30, 2019 11:14 Asia/Baku
  • Korbin: Razılıqsız breksit Trampın tələsinə düşmək deməkdir

İngiltərə hökumətilə müxalif partiyanın lideri bu ölkənin baş naziri Boris Consonun parlamentin fəaliyyətinin dayandırılması haqdakı qərarına reaksiyada xəbərdarlıq edib ki, razılıqsız breksit Amerika prezidenti Donald Trampın tələsinə düşmək deməkdir.

İngiltərə Leyboristlər Partiyasının sədri Ceremi Korbin dünən deyib ki, ölkəsinin parlamentinin gələcək iclasında razılıqsız breksitin reallaşmasına mane olmaq üçün əlindən gələni edəcəkdir.

Korbin razlılıqsız breksitin nəticələrini son dərəcə ciddi adlandırıb və İngiltərənin baş naziri Boris Consonun impiçmenti prosesinin fəallaşdırılması ehtimalından danışıb.

İngiltərə xalqı 2016-cı il iyunun 23-də bir rəy sorğusunda 52 faizlik səslə ölkəsinin Avropa Birliyindən çıxmasının lehinə səs verdi. Bundan öncə qərara alınmışdı ki, İngiltərə 2019-cu il martın 29-da rəsmən Avropa Birliyindən çıxsın, amma parlamentin İngiltərənin sabiq hökuməti ilə razılıq əldə etməməsi səbəb oldu ki, bu ölkə parlamenti breksitin iyunun 30-dək təxirə salınması layihəsini qəbul etsin.

Nəhayət İngiltərənin yeni baş naziri Boris Conson bildirdi ki, bu ölkəni cari il oktyabrın 31-dək razılıqlı və ya razılıqsız şəkildə Avropa Birliyindən çıxaracaq.

Tramp da İngiltərənin Avropa Birliyindən çıxmasını alqışlayıbdır.

İngiltərənin Avropa Birliyindən çıxması prosesində acilzlik indiyədək Devid Kameron və Tereza Mey hökumətlərinin dervilməsi ilə nəticələnibdir.

Teqlər