Sen 19, 2019 08:02 Asia/Baku
  • Aramko macərasında ərəbistanın təhqir olunmasına Trampın reaksiyası
    Aramko macərasında ərəbistanın təhqir olunmasına Trampın reaksiyası

Ərəbistanın Aramko neftayırma zavodu yəmənlilərin PUA hücumuna məruz qaldıqdan sonra Amerikanın İrana ittiham vurmağı bir daha təkrar oldu.

Amerika prezidenti Donald Tramp Yəmənin Aramko-ya qarşı PUA hücumundan sonra müxtəlif mövqelər tutduqdan sonra səud rejiminə dəstək və neft dollarlarının əldə edilməsinə zəmanət istiqamətində Amerikanın xəzinədarlıq nazirliyinə göstəriş veribdir ki, İran xalqına qarşı iqtisadi sanksiyaları özünün ən yüksək səviyyəsinə çatdırsın.

Ərəbistanın Aramko neftayırma zavodu ötən şənbə Yəmənin pilotsuz hücumlarına məruz qaldı və onun neft hasilatının yarısına təsir göstərdi. Səud rejiminin uşaqlar xüsusiyyət təşkil etməklə Yəmən xalqına qarşı beş il gündəlik qırğını və hücumlarına təbii reaksiya olan yəmənlilərin bu addımı ərəbistanın müdafiə və təhlükəsilik cəhətdən kövrək olduğunu göz önünə qoydu.

Eyni zamanda, Donald Tramp səudların itilrilmiş heysiyyətini, eləcə də Qərb sistemlərinin Aramko neftayırma zavodunun müdafiəsində faydasız olduqlarını ört-basdır etmək üçün İrana qarşı ittihamlar yağdırmağa başladı.

İttihamvurma, xəbərdarlıq və sonra İrana qarşı sanksiyaların kəskinləşdirilməsi, Trampın Aramko neftayırma zavodunun hədəfə alınmasına reaksiyaları çərçivəsi idi və reaksiyaların hər biri İranın qətiyyətli cavabı ilə qarşılandı.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən nazirlər kabinetinin iclasında İranın Yəmənin Aramko-ya qarşı pilotsuz hücumunda rol oynamaqda ittiham edilməsinə reaksiyada deyib: İttiham vurmaq yerinə, xalqların gücünə inanın və bilin ki, heç bir hökumətdən söz getmir, xalqlar ayağa qalxıblar.

Yəmənlilərin Aramko neftayırma zavoduna qarşı dron hücumundan sonra Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bu ölkənin pilotsuz gücünün artdığını bildirərək, vurğulayıb ki, Aramko neftayırma zavoduna qarşı hücum səud rejiminin Yəməndəki cinayətlərinə bir cavabdır.

 

Teqlər