Sen 19, 2019 19:58 Asia/Baku
  • Trampın əyləncə kompleksi üçün 17 milyon dollar xərc çəkilib
    Trampın əyləncə kompleksi üçün 17 milyon dollar xərc çəkilib

ABŞ konqresinin izləmələrinin ardınca bu ölkənin müdafiə nazirliyi- Pentaqon ifşa edib ki, Amerika prezidenti və ailəsinin Şotlandiyadakı əyləncə kompleksi üçün təqribən 17 milyon dollar xərc çəkibdir.

Pentaqon konqresin müfəttişlərinə bir məktubda bildirib ki, müdafiə nazirliyi 2017-ci ilin yanvarından bəri Amerika prezidenti Donald Trampın və onun ailəsinin Şotlandiyada qalması və uçuşları üçün təqribən 17 milyon dollar xərc çəkibdir.

Pentaqon-un Şotlandiyada Amerika prezidenti və ailəsinin əyləncə kompleksi üçün çəkilmiş xərclərlə bağlı ədəd və rəqəmləri ABŞ konqresinin nümayəndələr palatasının nəzarət və islahat komitəsi iyun ayında Şotlandiyanın Qlazqo hava limanında yanacaqdoldurma üçün hava qüvvələrinin uçuşlarının miqdarının artması barədə suallar verməsindən sonra irəli sürübdür.

Pentaqon-un dəqiq şəffaflaşdırmasının olmaması demokrat nümayəndələrin tənqidlərinə səbəb olub, zira Trampın ailəsi bu otelin mülkiyyətinə malikdir və potensial şəkildə Pentaqonun xərclədiyi pullardan bəhrələnir.

 

Teqlər