Sen 25, 2019 07:47 Asia/Baku
  • Tramp BMT BA-da İrana qarşı ittihamlarını təkrar edib
    Tramp BMT BA-da İrana qarşı ittihamlarını təkrar edib

Amerika prezidenti Nyu-Yorkda, BMT Baş Assambleyasının yetmiş dördüncü sessiyasında bir daha İran İslam Respublikasına qarşı köhnə ittihamları və ritorikasını təkrar edib.

Ameriaka prezidenti Donald Tramp BMT Baş Assambleyasının yetmiş dördüncü sessiyasında İranı terrorizmin himayədarı adlandırıb. İddia edib ki, Tehran dünyanın sülhsevər xalqları üçün ən böyük problemlərdən birini yaradıbdır.

Donald Tramp sonra MAQATE-nin İranın nüvə anlaşmasına sadiq qalmasına dair on beş hesabatına işarə etmədən iddia edib ki, Tehran nüvə silahı və raketi əldə etmək istiqamətində addımlayır və Vaşinqton İranın belə bir silah əldə etməsinə icazə verməyəcəkdir.

Amerika prezidenti Vaşinqtonun sanksiyalarının İran ictimaiyyətinin orta və aşağı qurumlarının böyük bir hissəsinə və xəstələrə olan mənfi təsirlərini qeyd etmədən bu ölkə xalqına qarşı sanksiyaların davam etdirilməsindən danışıb.

 

Teqlər