Sen 29, 2019 16:28 Asia/Baku
  • Pelosi: Amerikanın ümumi fikri Trampın impiçmenti üçün təhqiqatın aparılmasını istəyir

ABŞ konqresinin nümayəndələr palatasının demokrat sədrinin sözlərinə görə, hazırda Amerikanın ümumi fikri Trampın impiçmenti üçün təhqiqatın aparılmasını himayə edir.

Nensi Pelosi dünən gecə deyib ki, ABŞ prezidenti Donald Trampın öz ukraynalı həmkarı ilə telefon danışığının yayılmasından sonra hazırda ümumi fikir onun impiçmenti üçün təhqiqatın aparılmasını istəyir.

Bundan öncəyədək ümumi fikrin müvafiq olmadığına görə, Trampın impiçmenti ilə müxalifət edən Pelosi deyib: İctimai rəy dəyişdi və yenə dəyişə bilər, amma indi Amerika xalqı ifşaçı işçinin şikayətini, baş müstəntiqin hesabatını və hökumətin davranışını gördükdən sonra fərqli bir qərara gəlib.

Bu məsələnin ifşa olmasına görə, demokratlar Trampın impiçment edilməsi proseduruna, həmçinin onun hökumətinin/ telefon əlaqəsini qaranlıq göstərmək üzrə ehtimal olunan səyi barədə təhqiqata başlayıblar.

Amerika prezidenti iyulun 25-də Vladimir Zelenski ilə telefon söhbətində 2020-ci il seçkilərində onun siyasi rəqibi olacaq Co Baydeni təzyiq altında qoymağa çalışıbdır.

Tramp Zelenskidən Co Baydenin oğlu Hanter Baydenə qarşı iddia olunan korrupsiya işinə baxılması prosesini sürətləndirməsini istəyib.

 

 

Teqlər