Sen 29, 2019 19:14 Asia/Baku
  • İspaniyada Kataloniyanın istiqlalı havadarlarının həbs olunmalarına qarşı aksiya keçirilib

İspaniya xalqından minlərlə nəfər Kataloniyanın istiqlalının havadarlarından yeddi nəfərin həbs olunmasına qarşı aksiya keçirib.

İspaniya polisinin bildirdiyinə görə, 12 min etirazçı Barselona şəhərinin mərkəzində aksiya keçirib. Onların əllərində üzərlərində "Bizə qarşı repressiyanı dayandırmır. Azadlıq!" şüarları yazılmış plakatlar olub.

İspaniyanın Kataloiniya bölgəsinin istiqlaliyyətinin tərəfdarları iddia edirlər ki, bu yeddi nəfərin həbs olunması, tamamilə dinc mahiyyətli olan bir hərəkatı cinayət hesab etmək üzrə bir cəhddir.

Kataloniyalı separatçılardan yeddi nəfər ötən bazar ertəsi günü bir terror təşkilatından asılı olmaq, partlayıcı maddələr düzəltmək və təxribatçılq törətmək üçün fitnəkarlıq etmək ittihamı ilə həbs olunubdur.

Teqlər