Okt 02, 2019 13:39 Asia/Baku
  • Əfqanıstan prezident seçkilərində 27%-lik iştirak
    Əfqanıstan prezident seçkilərində 27%-lik iştirak

Əfqanıstanın Müstəqil Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərində 27%-lik fəallıqdan xəbər verib.

Əfqanıstan Müstəqil Seçki Komissiyasının yüksək vəzifəli rəsmilərindən olan Molana Abdullah çərşənbə axşamı Kabildə keçirdiyi mətbuat konfransında səsvermə günü iki milyon 590 min seçicinin 4.384 seçki məntəqəsində səs verdiyini söyləyib.

İki milyon beş yüz doxsan min seçici Əfqanıstanda seçkidə iştirak şəraitinə malik olan 9,6 milyon nəfərin 27 faizini təşkil edir.

Belə bir halda, Molana Abdullah hazırkı statistikanın qəti olmadığını və daha artıq məlumat əldə edildikdən sonra dəyişəcəyini söyləyib.

Əfqanıstanın dördüncü prezident seçkiləri  şənbə günü, sentyabrın 28-də Əşrəf Qəni və Milli Birlik Hökumətinin icra başçısı Abdullah Abdullah daxil olmaqla 13 namizədin rəqabətilə keçirilib.

Abdullah Abdullah seçkilərdən sonra qələbə çaldığını elan etdi, lakin dünən yekun nəticələri gözləyəcəyini söyləyərək, öz sözündən geri çəkilib.

Əfqanıstan prezident seçkiləri Taliban qrupunun seçki məntəqələrinə hücumları ilə gərgin bir şəraitdə keçirilib.

Teqlər