Okt 20, 2019 18:02 Asia/Baku
  • Breksit- AB-London münasibətlərində ciddi problem
    Breksit- AB-London münasibətlərində ciddi problem

İngiltərənin Avropa Birliyindən çıxması məsələsi nəinki bu ölkənin daxilində mühüm problemə çevrilib, həm də hazırda breksit İngiltərə-Avropa Birliyi əlaqələrində də ciddi bir problem olubdur.

Gözləntilərə rəğmən, son günlər breksitin mürəkkəbliyi artıbdır. İngiltərənin baş naziri Boris Conson son hərəkətdə Avropa Parlamentinə üvanladığı məktubda breksit möhlətinin uzadılmasını istəyib.

Conson və Avropa Birliyinin İngiltərənin Avropa Birliyindən çıxması tərzi barədə yeni razılığa gəlmələlərinə rəğmən, İngiltərə parlamentinin üzvləri ona səs vermək yerinə, İngiltərənin Avropa Birliyindən çıxması zamanının uzadəlmasına səs veriblər. İngiltərə parlamentinin əksər üzvlərinin nöqteyi-nəzərincə, yeni razılaşmanın əksər maddələri məhz Tereza Meyin baş nazirliyi dövründə əldə olunmuş məsələdir və əsas dəyişiklik Şimali İrlandiya ilə bağlı təkliflər üstündədir. Yeni razılaşmada “Bək Stap” adlı Şimali İrlandiyaya dəstək layihəsi ləğv olunub və onun yerinə, iki tərəf arasında əmtəə mal mübadiləsi üçün yeni tərtibatlar nəzərdə tutulubdur. Bu razılaşmaya əsasən, İngiltərə 2020-ci ilədək və bəlkə də ondan çox Avropa Birilyinin qanunlarına riayət edəcək və bu birlikdən ayrılmaq haqqı kimi 39 milyard funt sterlinq ödəyəcək. Conson hökumətilə müxallif olan partiyaların liderləri yeni razılaşmanı Tereza Meyin sazişindən daha pis adlandırıblar.

Bu arada İngiltərənin baş naziri Boris Conson bir çıxışda bu layihəni “fövqəladə” adlandırıb və İngiltərə parlamentinin üzvlərindən istəyibdir ki, yeni sazişə dəstək verərək, “İngiltərə tarixinin çətin və ağrılı fəsli”nə son qoysunlar. Həmçinin İngiltərə baş nazirinin müavini Maykl Gevo da xəbərdarlıq edibdir ki, parlamentin müxalifəti ölkədəki parçalanmanı dərinləşdirir.

Consonun və onun partiyasının xahişlərinə rəğmən, İngiltərə parlamentinin üzvləri breksitin icrasını təxirə salmaq üzrə “Letvin” düzəlişi adı altında təklif olunmuş düzəlişi səsə qoyublar ki, sonda nümayəndələr tərəfindən qəbul olunub. Bu əsasda baş nazir Boris Consona breksit barədə Avropa Birliyinə məktub yazmaq tapşırılıb. Həmin məktuba əsasən, breksitin icra zamanı daha üç ay müddətinə uzadılacaq.