Okt 20, 2019 20:49 Asia/Baku
  • Fransız qadınlar ev zorakılığına etiraz olaraq aksiya keçiriblər
    Fransız qadınlar ev zorakılığına etiraz olaraq aksiya keçiriblər

Fransa qadınlarından yüzlərlə nəfər qadınlara qarşı ev zorakılığına etiraz olaraq Parisin mərkəzində aksiya keçirib.

Əllərində qətlə yetirilmiş qadınların adları yazılmış lövhələr tutan yüzlərlə fransalı qadın şənbə günü Parisin mərkəzində keçirdiyi bir aksiyada ev zorakılığına, qadınların həyat yoldaşları tərəfindən öldürülmələrinə etiraz olaraq, yer uzanıb. Onlar bununla, ölümü nümayiş etdirmək istəyiblər.

Deyilənlərə görə, cari milad ilinin əvvəlindən bəri ev zorakılığının birbaşa nəticəsi olaraq, 120-dən çox qadın öldürülüb.

Fransada qadınlara qarşı zorakılıq yeni bir məsələ deyil. Daima insan haqları komissiyası tərəfindən bu məsələ ilə bağlı kəskin tənqidlər mövcud olub və hökumətlər bu məsələdən təsirləniblər.

Makronun Fransa prezident seçkilərində qalib gəlməsinin dəlillərindən biri, "qadınlara qarşı zorakılığa son qoymaq" vədi olubdur, amma qadınlara qarşı ölümcül zorakılıqların şiddətlə artması ilə qadın haqları üzrə fəallar hökumətin işə qarışması və "qətli-am" adlandırdıqları məsələyə son qoymasını istəyiblər.