Okt 21, 2019 11:41 Asia/Baku
  • Londonda Hüseyn(ə) Ərbəini yürüşü keçirilib
    Londonda Hüseyn(ə) Ərbəini yürüşü keçirilib

Müxtəlif milliyyətlər və təbəqələrdən olan müsəlmanlar və Böyük İslam Peyğəmbəri(ə) vurğunları dünən Həzrət Seyyiduşşuhəda(ə)-ın amallarına sədaqət elan etmək üçün İngiltərənin paytaxtı Londonda əzəmətli Hüseyn(ə) Ərbəini yürüşü keçiriblər.

Londonda Hüseyn(ə) Ərbəini mərasimi dünən günortaçağı İngiltərə İslam Mərkəzinin direktoru höccətülislam vəlmuslimin Musəvinin imaməti ilə Londonun mərkəzində yerləşən “Mərmər tağ” meydanında günorta və ikindi namazlarının qılınması ilə başlanıb. Sonra natiqlər ingilis, ərəb və ordu dillərində İmam Hüseyn(ə)-ın şəxsiyyəti və Aşura hadisəsinin cəhətlərini mərasim iştirakçıları üçün şərh edib və Hüseyn(ə) Ərbəini yürüşü mərasimlərinin keçirilməsi fəlsəfəsini onlar üçün bəyan ediblər.

Daha sonra ingilis, iraqlı, əfqan, pakistanlı, livanlı, iranlı, hind və bəhreynli kimi müxtəlif milliyyətlərdən olan Hüseyn vurğunları səmimilik və mənəviyyatla dolu bir mühitdə öz yürüşlərinə başlayıblar. Yürüş iştirakçılarının əllərində İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı şəhabələrinin mübarək adları ilə bəzədilmiş bayraqlar olub.

Bu yürüşdə Kərbəla müraciətçisi Həzrət Zeynəbi-Kübra(s.ə)-nın xatirəsinə müxtəlif ölkələrdən olan minlərlə şiə qadın bu mərasimin önündə gedib.

Hüseyn(ə) məktəbinin vurğunları Müqəddəs Kərbəlada keçirilən dünyanın ən iri dini toplantısının işıqlandırılması sahəsində Qərb medialarının müəmmalı sükutu altında Avropanın mərkəzində şəhidlər ağasına və o həzrətin vəfalı köməkçilərinə olan məhəbbətin digər bir təzahürünü qeydə aldırdılar.