Okt 22, 2019 07:51 Asia/Baku
  • İngiltərə parlamenti B. Consonun xahişini rədd edib
    İngiltərə parlamenti B. Consonun xahişini rədd edib

İngiltərə parlamentinin aşağı palatasının sədri bu ölkə hökumətinin Londonun Avropa Birlyindən çıxması razılaşması haqda yenidən səsvermənin keçirilməsi üzrə xahişini rədd edib.

İngiltərə parlamentinin aşağı palatasının sədri Con Berkou dünən bu ölkənin baş naziri Boris Consonun breksit razılaşması haqda yenidən səsvermənin aparılmasına dair planı ilə müxalifət edib. Bildirib ki, hökumət parlament üzvlərindən breksit razılaşması haqda yenidən səs vermələrini istəyə bilməz.

İngiltərə parlamentinin aşağı palatasının sədri əlavə edib: Qanuna əsasən, bir layihəni iki dəfə parlamentə təqdim etmək olmaz.

Con Berkounun sözlərinə görə, bu layihə şənbə günü elə bu formada İngiltərə parlamentinin aşağı palatasına təqdim olunmuşdu və şərait də ötən 48 saat ərzində dəyişməyibdir. Buna görə, bu ölkə hökumətinin layihəsi parlamentdə araşdırıla bilməz.

İngiltərə parlamentinin aşağı palatasının üzvləri şənbə günü qanuna bir əlavə qəbul etdilər ki, ona əsasən, bu ölkə hökuməti Avropa Birliyinə rəsmi məktub ünvanlamaqla breksitin yanvarın 31-dək təxirə salınmasını istəsin.

Boris Conson dəfələrlə vurğulayıbdır ki, hər bir şəraitdə oktyabrın 31-dək İngiltərəni Avropa Birliyindən çıxaracaqdır.