Okt 22, 2019 12:08 Asia/Baku
  • Amerikanın yüz zirehli maşını Suriyadan İraqa daxil olub
    Amerikanın yüz zirehli maşını Suriyadan İraqa daxil olub

İnformasiya mənbələri bildiriblər ki, ABŞ-ın yüzdən çox zirehli avtomobili Suriya ərazisini tərk edərək İraqa daxil olub.

Röyters xəbər verir ki, ABŞ hərbçilərinin zirehli maşınları Dehuk əyalətindəki Səhiləh sərhəd keçidi vasitəsi ilə İraq Kürdüstanına daxil olublar.

Məlumatda Amerika hərbçilərinin sayı qeyd edilməyibdir.

Bu arada media mənbələri şənbə günü amerikalı hərbçilərin Suriyanın şimalında yerləşən Sərin bazasından çıxmalarından xəbər verdilər. Son iki həftə ərzində ABŞ hərbçiləri Suriyanın şimalındakı dörd bazanı boşaldıblar.

Belə bir halda, İraq parlamentindəki əl-Fəth koalisiyasının üzvü Muxtar əl-Musəvi ABŞ qüvvələrinin daxil olmalarını İraq üçün başağrısı adlandırıb. Qeyd edib ki, ABŞ hərbçilərinin daxil olmaları İraq hökumətinin xəbəri olmadan baş veribdir.

Amerikanın müdafiə naziri Mark Esper, şənbə günü Birləşmiş Ştatların Suriyada yerləşən bütün min hərbçisinin İraqa köçürüləcəyini bildirmişdi.

 

Teqlər