Okt 24, 2019 19:51 Asia/Baku
  • Trampın impiçmentinin başlanması üzrə təhqiqata dəstəklə bağlı yeni rekord
    Trampın impiçmentinin başlanması üzrə təhqiqata dəstəklə bağlı yeni rekord

Yeni rəy sorğusunun nəticələri Amerika vətəndaşlarının bu ölkə prezidentinin impiçmentinin başlanması üzrə təhqiqata dəstəyinin artmasından söz açır.

Amerikada "Kvinnipek" universitetinin yaydığı rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 55%-i bu ölkənin prezidenti Donald Trampın impiçmentinin başlanması üzrə təhqiqat prosesini himayə edib. 43 faiz ona qarşı çıxıb.

Bu rəy sorğusu ötən həftə 51 faizdən çox himayədara və 45 faiz əleyhdara malik idi.

Bu rəy sorğusunda demokratların 93 faizi Trampın impiçmentinin başlanması üzrə təhqiqatı dəstəkləyib, müstəqillərdən də 58 faiz bu prosesi himayə edib.

Respublikaçıların səksən səkkiz faizi bu təhqiqata qarşı çıxıb, halbuki müstəqillər arasında Trampın impiçmentinin başlanması üzrə təhqiqata dəstək səkkiz faiz artımdan xəbər verir.

Teqlər