Okt 26, 2019 13:01 Asia/Baku
  • Pelosi amerikalı məhkəmə hakiminin Trampa qarşı rəyinə dəstək verib
    Pelosi amerikalı məhkəmə hakiminin Trampa qarşı rəyinə dəstək verib

ABŞ konqresinin nümayəndələr palatasının sədri amerikalı məhkəmə hakiminin bu ölkənin prezident seçkiləri işi barəsindəki rəyinə dəstək verib.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi amerikalı məhkəmə hakiminin Robert Müllerin hesabatından gizli olmayan sənədlərin təqdim olunması vacibliyinə dair hökmünə reaksiyada onu bu ölkə prezidenti Donald Trampın qanunaşırı hərəkətlərinə bir zərbə adlandırıb.

Pelosi bununla bağlı bir açıqlama verib. Bildirib ki, məhkəmənin bu önəmli hökmü konqresin Amerika xalqına həqiqətləri açıb demək üzrə ixtiyarını təsdiq edir.

Amerikada Kolumbiya bölgəsi məhkəməsinin hakimi cümə günü Trampın impiçmenti üzrə təhqiqat prosesinin qanuni olmasını təsdiq edib.

O, bir hökmlə Robert Müllerin hesabatından gizli olmayan sənədləri çərşənbə gününədək bu məhkəməyə təqdim etmək barədə hökumətə göstəriş verib.

Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə iddia olunan müdaxiləsi işi üzrə xüsusi müstəntiq Robert Müller bu il Trampın seçki komandasının işi barəsində olan hesabatı konqresə təqdim edib.

Demokratlar Robert Müllerin tam hesabatının təqdim edilməsini istəyirlər.

Teqlər