Noy 12, 2019 09:10 Asia/Baku
  • Moqerini: Avropa Fars Körfəzində ixtilafların həllinə dəstək verir
    Moqerini: Avropa Fars Körfəzində ixtilafların həllinə dəstək verir

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib ki, bu birlik Fars Körfəzi bölgəsindəki ixtilafların həlli üçün regional təşəbbüslərə dəstək verir.

Federika Moqerini Brüsseldə əlavə edib: Bu gün Avropa Birliyinin xarici işlər nazirləri iclasında araşdırdığımız məsələ, birliyin, ixtilafların həlli üçün Fars Körfəzi bölgəsinin daxilindən irəli sürülən təşəbbüslərə dəstək verməsi məsələsi olubdur.

Moqerini əlavə edib: Biz bu qənaətdəyik ki, Avropa İttifaqı Fars Körfəzi bölgəsi ölkələri tərəfindən irəli sürülən dialoq kanallarının yenidən açılması və ya regional konfransların keçirilməsi kimi layihələri himayə etməlidir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi həmçinin deyib ki, bu layihələr əhatəli və onlarda məqsəd də bölgədə gərginliklərin azalması olmalıdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani BMT Baş Məclisinin 74-cü sessiyasında “Hörmüz Sülhü Təşəbbüsü” və ya “Ümid Koalisiyası” layihəsini elan edərək, Fars Körfəzi ətrafındakı ölkələrdən istədi ki, bu layihəyə qatılsınlar.

 

 

 

Teqlər