Noy 18, 2019 12:28 Asia/Baku
  • Ağ Ev-in İran barədəki müdaxilə mahiyyətli bəyanatı
    Ağ Ev-in İran barədəki müdaxilə mahiyyətli bəyanatı

Ağ Ev bazar günü müdaxilə mahiyyətli bir bəyanat yayaraq, İrandakı son iğtişaşlara dəstək verib.

Ağ Ev bu bəyanatda İrana qarşı puç iddiaları təkrar edərək, benzinin qiymətinin artması bəhanəsilə İranın bir neçə şəhərində çaxnaşma yaradaraq, ictimai əmlakı dağıdan az sayda iğtişaçını himayə edib.

Amerikanın qalmaqallı prezidenti Donald Tramp daim İran İslam Respublikasına qarşı düşmənçilik mövqeyi tutub və İranı Vaşinqtonun tələblərini qəbul etməyə vadar etmək üçün Tehrana qarşı maksimum təzyiq yanaşmasına təkid edibdir. Eyni zamanda, Tramp İran xalqına ürək yandırmaq iddiası ilə bu ölkənin daxili işlərinə müdaxilə üçün hər bir fürsətdən sui-istifadə edir.