Dek 03, 2019 08:34 Asia/Baku
  • Sankt-Peterburqda satış və müalicə mərkəzləri bomba qoymaqla hədələnib
    Sankt-Peterburqda satış və müalicə mərkəzləri bomba qoymaqla hədələnib

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində 30 satış və 35 müalicə mərkəzi bomba qoymaq barədə hədələyici məktublar alıbdır.

Rus mənbələr bildiriblər ki, Sankt-Peterburq şəhərindəki iki satış mərkəzi boşaldılıbdır.

Bundan əlavə, sosial şəbəkələrdəki müşahidçilər də bir neçə satış mərkəzinin də boşaldılmasından xəbər veriblər.

Terror hədələri Rusiya üçün mürəkkəb bir məsələyə çevrilibdir.

Son illərdə Rusiyadakı müxtəlif mərkəzlərdə bombaqoyma ilə hədələmə bu ölkənin ictimai binaları və məkanlarından bir milyondan çox insanın boşaldılmasına bais olubdur.

Rusiyanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu təhdidlər bu ölkə xaricindən edilir və İŞİD terror qrupunun bu təhdidlərdə rolu var.

Rusiya 2015-ci ilin ortalarından Suriya hökumətinin rəsmi xahişi ilə bu ölkədə hərbi iştiraka malikdir və məhz elə bu məsələ Rusiyada təhdidlərin və terror hücumlarının artmasına səbəb olubdur.

 

 

Teqlər