Dek 11, 2019 10:08 Asia/Baku
  • Rusiya nüvə anlaşmasının qorunması üçün əlindən gələni edəcək

Rusiyanın xarici işlər naziri dünən Vaşiqtonda amerikalı həmkarı Mayk Pompeo ilə birgə mətbuat konfransında vurğulayıb ki, nüvə anlaşması qorunub saxlanılmalıdır.

Sergey Lavrov bu mətbuat konfransında deyib ki, Rusiya bu beynəlxalq anlaşmanı qorumaq üçün əlindən gələni edəcəkdir.

Amerika prezidenti Donald Tramp 2018-ci il mayın səkkizində Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini birtərəfli surətdə pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardığını və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Trampın bu hərəkəti Amerikanın daxilində və beynəlxalq arenada geniş tərzdə pislənilir.