Dek 14, 2019 09:12 Asia/Baku
  • Tramp impiçmentə daha bir addım yaxınlaşıb

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi bu ölkə prezidenti Donald Trampın impiçmentinin bəndlərini qəbul edib.

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi dünən palatada səsə qoyulmaq istiqamətində Trampın impiçmenti üçün qəbul olunmuş iki bəndi nümayəndələr palatasına göndəribdir ki, Tramp, Amerika tarixinin impiçment edilən üçüncü prezidenti olmuş olsun.

ABŞ konqresinin nümayəndələr palatasında səsvermə cari milad ayında keçiriləcək.

Gözləntilərə görə, bu palata demokrat əksəriyyətə malik olduğu üçün Trampın impiçmenti ilə razılaşacaq.

Ukraynageyt macərasına görə, Trampın impiçment edilməsi üçün qəbul olunmuş iki bənd “hakimiyyətdən sui-istifadə” və “konqresin təhqiqatında əngəlləmə”yə şamil olur.