Dek 15, 2019 10:10 Asia/Baku
  • “Sarı jiletlilər”in aksiyası davam edir
    “Sarı jiletlilər”in aksiyası davam edir

Fransada “Sarı jiletlilər” hərəkatının tərəfdarları öz etirazlarının 57-ci həftəsində paytaxt Parisin küçələrində nümayiş keçiriblər.

“Sarı jiletlilər” etiraz hərəkatının fəalları və tərəfdarları dünən, başlanmasından bir ildən çox bir vaxtın keçdiyi öz etirazlarının davamında Paris küçələrinə çıxıblar.

Onlar şüarlar verərək, bir daha Fransa prezidenti Emmanuel Makron hökumətinin siyasətlərini şübhə altına alıblar.

“Sarı jiletlilər”in etirazları bir ildən çoxdur ki, durmadan davam edir. Bu hərəkatın tərəfdarları hər şənbə günü aksiya keçirirlər.

Yanacaq qiymətinin artmasına reaksiyada öz aksiyalarına 2018-ci ilin noyabrında başlayan etirazçılar aylardır ki, Makron hökumətinin iqtisadi siyasətlərinin bütövlükdə dəyişdirilməsi və onun hakimiyyətdən kənara çəkilməsini tələb edirlər.

Bu arada Fransa hökumətinin pensiya qaydalarını dəyişmək üzrə proqramı bu ölkədə yeni geniş aksiya və tətillərlə üzləşibdir.

 

Teqlər