Dek 22, 2019 11:48 Asia/Baku
  • Çili polisi etirazçılarla toqquşub
    Çili polisi etirazçılarla toqquşub

Çilinin polis qüvvələri paytaxt Santyaqoda hökumət müxaliflərilə toqquşublar.

Çii polisi etirazçıları yatırmaq üçün gözyaşardıcı qaz, su şırnağı və hərbi güllələrdən istifadə edibdir.

Çili çaxnaşmaları metro biletinin qiymətinin artmasına etiraz olaraq cari il oktyabrın 18-dən başlanıb və hələ də davam edir.

İndiyədək 26 nəfərin ölümünə və 13 mindən çox insanın da yaralanmasına bais olmuş bu böhran ötən otuz ildə Çilidə baş verən olayalar arasında nadir bir hadisədir.

Çilidə xalq etirazlarının davam etdiyi bir halda, bu ölkənin prezidenti Sebastyan Pinyera bildiribdir ki, vəzifəsindən kənara çəkilməyəcəkdir.

Teqlər