Dek 22, 2019 13:11 Asia/Baku
  • Kanadada islami mənəviyyatın bərpası konfransı keçirilib
    Kanadada islami mənəviyyatın bərpası konfransı keçirilib

İslami mənəviyyatın bərpası konfransı keçirildiyi 18-ci ilində Kanadadakı müsəlman ailələrin böyük rəğbətilə qarşılanıbdır.

Kanadada üçgünlük islami mənəviyyatın bərpası konfransında 25 natiqdən əlavə, müxtəlif mədəni və ictimai tədbirlər, o cümlədən rəssamlıq, Quran müsabiqəsi, Kəbə evinin tarixinin virtual reallıq formasında müşahidəsi tədbirləri keçirilib. Bu tədbirlərdə iştirakçılar üçün dini nəğmələr nəzərdə tutulub.

Konfransın kənarında geyim, kitab, bədii əsərlər, uşaqlar üçün mədəniyyət məhsulları və halal yeməyə şamil olan islami bazar, həmçinin Yəmən daxil olmaqla müxtəlif ölkələrdə ehtiyacı olan müsəlmanlar üçün yardımların cəzb olunması bölməsi nəzərə alınıb.
İslami mənəviyyatın bərpası konfransı 2001-ci il 11 sentyabr hadisəsindən və islamofobiya dalğasından sonra formalaşıb.

Bu səy səbəb olub ki, on minlərlə maraqlanan insan, xüsusən Kanadanın gənc nəsli son dövrlərdə onun tədbirlərinə cəzb və cəlb edilmiş olsun.

 

 

Teqlər