Dek 24, 2019 18:23 Asia/Baku
  • Qüdsdə Roma Ortodoks kilsəsinin arxiepiskopunun zəhərlənməsinin amili sionist rejimdir
    Qüdsdə Roma Ortodoks kilsəsinin arxiepiskopunun zəhərlənməsinin amili sionist rejimdir

Təhlükəli kimyəvi maddələr tənəffüs etdiyinə görə xəstəxanya yerləşdirilmiş Beytül-Müqəddəsdə Roma Ortodoks Kilsəsinin arxiepiskopu özünün zəhərlənməsində sionist rejimin məsuliyyət daşıdığını bildirib

Beytül-Müqəddəsdə Roma Ortodoks Kilsəsinin arxiepiskopu Ətaullah Həna Əl-Məyadin telekanalı ilə müsahibəsində İsrail xəstəxanasında müalicə alması ilə razılaşmadığını bildirib və Qüdsdə qaldığı yerin yaxınlığında sionistlər tərəfindən təhlükəli kimyəvi maddənin yayılmasına görə zəhərləndiyini deyib. 

Mediyalar dünən Beytül-Müqəddəsdə Roma Ortodoks Kilsəsinin arxiepiskopunun İordaniyaya köçürülməsindən xəbər verdilər. 

Bu məlumata görə, Ətaullah Hənanın mənzilinin yaxınlığına yayılan kimyəvi maddə sınır sisteminə zərər vurur və qadağan edilmiş maddədir. 

Ətaullah Həna sionist rejim tərəfindən kimyəvi qazla hədəfə alınmasının səbəbinin onun Fələstin məsələsinə dəstək verməsi olduğunu deyib. 

Teqlər