Yan 15, 2020 16:25 Asia/Baku
  • Tramp:
    Tramp: "ABŞ general Süleymanini 20 il öncə öldürməli idi"

ABŞ prezidenti bu ölkə qüvvələrinin Bağdad hava limanına terrorçu hücumunu əsaslandırarkən, deyib: " general Süleymani yaxşı insan deyildi və 20 il öncə aradan qaldırılmalı idi"

Faks Nyus telekanalının bildirdiyinə görə, ABŞ prezidenti yeni bir sərsəm bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı olmuş ordu generalı Qasim Süleymanini bir çox amerikan və digər ölkə vətəndaşlarını öldürməkdə günahlandırıb və onu 20 il öncə terror edilməli olan cinayətkar adlandırıb.

D.Tramp demokratların bu gərginlik yaradan cinayətin nəticələri barədə xəbərdarlıqlarını general Süleymanini dəstəkləmək kimi qiymətləndirib. " Demokratlar general Sülaeymanini himayə etməyə çalışırlar və bu ABŞ üçün böyük bir rüsvayçılıqdır",- deyə o, əlavə edib.

D.Tramp bundan öncə Qasim Süleymaninin terror edilməsinə onun ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırdığı üçün göstəriş verdiyini iddia etmişdi.

ABŞ-ın müdafiə naziri Mark Esper Trampın bu iddiasını rədd edərək, bunun üçün heç bir sübutun olmadığını söyləyib.

Amerikanın NBC News kanalı da yanvarın 4-də ABŞ-ın indiki və sabiq beş rəsmisinin sözlərinə istinad edərək, Trampın iddia etdiyinin əksini və general Süleymninin terror edilməsi əmrinin 7 ay öncə verildiyin sübut edən faktların olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı ordu generalı Qasim Süleymani yanvarın 3-ü İraq hökumətinin rəsmi dəvətilə bu ölkəyə səfər etmişdi ki, İraqın Həşşdüş-Şəbi təşkilatının komandan müavini və digər 8 nəfərlə birlikdə ABŞ-ın terrorçu qüvvələrinin Bağdadın hava limanına PUA hücumu nəticəsində şəhid edildilər.

Teqlər