Yan 20, 2020 11:39 Asia/Baku
  • Həftər qüvvələri Berlin konfransından az sonra Tripoliyə hücum ediblər
    Həftər qüvvələri Berlin konfransından az sonra Tripoliyə hücum ediblər

Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qrupun qüvvələri bu gün səhər tezdən Liviya milli birlik hökumətinin Tripolinin cənubundakı mövqelərinə hücum ediblər.

Bu hücum Liviya barədəki Berlin konfransının başa çatmasından bir neçə saat sonra həyata keçirilib.

Liviya milli birlik hökuməti bildirib ki, Həftər qüvvələri Tripolinin cənubunda yerləşən Səlahəddin bölgəsində bu hökumətin qüvvələrilə toqquşublar.

Faiz Əlsərracın başçılıq etdiyi Liviya milli birlik hökuməti bu hücumun Liviyada atəşkəs razılaşmasını açıq şəkildə pozduğunu bildirib.

İnformasiya mənbələrinin məlumatlarına görə, Liviya milli birlik hökumətinin qüvvələri bu hücumu dəf və öz mövqelərini qoruya biliblər.

Berlin konfransı bazar günü Faiz Əlsərrac və Xəlifə Həftərin iştirakı olmadan keçirilib.