Yan 22, 2020 08:09 Asia/Baku
  • Rusiyanın yeni hökuməti təşkil olunub
    Rusiyanın yeni hökuməti təşkil olunub

Rusiya prezidenti Vladimir Putin dünən axşam bu ölkənin yeni baş naziri Mixail Mişustinin nazirlər kabineti üzvlərinin siyahısını təsdiq edərək, yeni hökumətin təşkili hökmünü imzalayıbdır.

Rusiyanın yeni nazirlər kabinetində baş nazir doqquz müavinə malik olmuş olacaq. Onlardan yalnız biri yenidir.

Bundan əlavə, keçmiş hökumətdəki xarici işlər, müdafiə, daxili işlər, maliyyə və energetika nazirləri Sergey Lavrov, Sergey Şoyqu, Vladimir Kolokoltsev, Anton Silvanov və Aleksandr Novak öz vəzifələrinə bərpa ediliblər.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Mixail Mişustini bu ölkənin yeni baş naziri kimi təqdim etdi.

Rusiya duması da cümə axşamı günü 383 lehinə səslə Mixail Mişustinin baş nazir vəzifəsinə səlahiyyətini qəbul etdi.

Rusiyanın sabiq baş naziri Dmitri Medvedev öz vəzifəsindən istefa verdikdən sonra Mişustin baş nazir vəzifəsinə təqdim olundu.

Medvedev və Rusiya hökuməti çərşənbə günü Vladimir Putinin parlamentdəki çıxışından az sonra öz istefalarını elan etdilər.

Vladimir Putin özünün Dumadakı illik çıxışında Rusiyanın əsaslı dəyişikliklərə ehtiyac duyduğunu bildirərək, dedi ki, Rusiya cəmiyyətində dəyişiklik üzrə tələblər aşkardır.

Rusiya prezidenti həmçinin bu ölkənin əsas qanununda dəyişikliklər barədə referendumun keçirilməsi ehtimalından xəbər verib, amma vurğulayıb ki, yeni konstitusiyaya ehtiyac yoxdur.