Yan 24, 2020 09:13 Asia/Baku

Pekin rəsmiləri bildiriblər ki, Çində "Krona" adlı ölümcül tənəffüs yolu xəstəliyinin yayılmasına görə, bu şəhərdə yeni il mərasim və toplantıları ləğv edilibdir.

Pekin Mədəniyyət və Turizm İdarəsi bir açıqlamada bildirib ki, yoluxucu "Krona" xəstəliyinə nəzarət və xalqın həyatını qorumaq üçün yanvarın 25-dən fevralın 8-dək keçirilən bütün böyük toplantılar ləğv edilibdir.

Bu xəstəliyin yayılmasının ardınca bəzi ölkələr öz vətəndaşlarına, Çinin bəzi bölgələrinə elə də vacib olmayan səfərlərdən çəkinmək barədə xəbərdarlıq ediblər.

Sətəlcəm kimi tanınan krona virusuna yoluxma halı ilk dəfə bir neçə həftə bundan öncə Çində xəbər verilibdir. Bu xəstəlik nəticəsində indiyədək 17 nəfər həyatını itirib, 570-dən çox insan da krona virusuna yoluxubdur.

Ümumdünya Səhiyyə Təşkilatı bu məsələ ilə bağlı tezliklə fövqəladə iclas keçirməlidir.

Teqlər