Yan 25, 2020 14:56 Asia/Baku
  • Amerikalı professor İran raketlərinin dəqiq zərbələr endirməsini etiraf edib
    Amerikalı professor İran raketlərinin dəqiq zərbələr endirməsini etiraf edib

Kaliforniya Ştat Uneversitetində tarix dərsi keçən müəllim deyib ki, İran İslam Respublikasının raketlərinin dəqiq zərbə endirmə qabiliyyəti ABŞ-ın hesablamalarını alt-üst etmişdir.

Kaliforniya Ştat Universitetinin tarix müəllimi Deyvid Yəqubiyan İRNA ilə müsahibədə deyib: "Donald Tramp ABŞ-ı dünyada üsyançı bir dövlətə çevirib və İranın ABŞ bazasına endirdiyi dəqiq raket zərbələri Ağ Evi Tehrana qarşı təcavüzkar siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edəcəkdir."

Onun sözlərinə görə, İran və müqavimət mehvəri general Qasim Süleymanini itirdiyinə baxmayaraq, ABŞ qarşısında böyük nailiyyətlər əldə ediblər.

Yanvarın 3-də Qüds Qüvvələrinin şəhid komandanı general Qasim Süleymani, İraq xalq səfərbər qüvvələrinin komandan müavini Əbu Mehdi Əl-Mühəndis və digər 8 nəfər ABŞ-ın terrorçu hərbçilərinin Bağdad aeroportuna hava hücumu nəticəsində şəhid oldular.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah yanvarın 8-də ABŞ-ın terrorçu hərəkətinə cavab olaraq, bir əməliyyat həyata keçirdi və İraqda ABŞ hərbçilərinin yerləşdiyi Eynül-Əsəd aviabazasını raket atəşinə tutdu.

Teqlər