Yan 26, 2020 12:47 Asia/Baku
  • Çində koronavirus qurbanlarının sayı 54 nəfərə çatıb
    Çində koronavirus qurbanlarının sayı 54 nəfərə çatıb

Çin rəsmilərinin yanvarın 26-da verdiyi ən son məlumata əsasən, koronavirusa yoluxanların sayı 1610 nəfərdən çoxdur, ölənlərin sayı isə 54 nəfərdir.

İRNA-nın məlumatına görə, bu statistika Hubei əyaləti rəsmilərinin bu virusun yeni qurbanlarının 13 nəfər və yeni yoluxanların isə sayının 323 nəfərə çatdığını elan etməsindən sonra yayılıb.

Hubei əyaləti koronavirusun əsas yayıldığı mərkəzdir.

Statistikalar Çinin 29 bölgə və əyalətində bu virusun yayıldığını göstərir. Şənbə günü yanvarın 25-nə olan məlumatlar bu sirli virusa yoluxanların 1279 nəfər və ölənlərin 41 nəfər olduğunu göstərirdi.

Bəzi ölkələr o cümlədən Fransa, Malayziya, Yaponiya və Avstraliyada da bu virus aşkarlanıb.

Kanada isə ən yeni yoluxan ölkə olaraq, bir nəfərdə bu virus aşkarlanıb.

Hal-hazırda, Çində Hubei əyaləti koronavirusun geniş yayıldığı ən təhlükəli məkandır və bu ölkə rəsmiləri təxminən 54 milyon nəfəri karantində saxlayırlar.

 

 

Teqlər