Yan 29, 2020 10:55 Asia/Baku
  • Əynuləsədə qarşı raket hücumlarının tələfatı əlli nəfərə çatıb
    Əynuləsədə qarşı raket hücumlarının tələfatı əlli nəfərə çatıb

ABŞ-ın müdafiə nazirliyi- Pentaqon etiraf edib ki, İranın raket intiqamında və İraqdakı Əynləsəd bazasına qarşı hücumunda Amerikanın əlli hərbçisi baş və beyin nahiyələrindən xəsarət alıbdır.

Bu miqdar Pentaqon-un öncədən elan etdiyi statistikadan 16 nəfər çoxdur. Amerika prezidenti Donald Tramp və bu ölkənin digər məsul şəxsləri öncə dedilər ki, İranın yanvarın səkkizində keçirilmiş hücumunda Amerika hərbçilərindən heç biri nə ölüb, nə də yaralanıbdır. 

Pentaqon sözçüsü Tomas Kəmpbel bir açıqlamada İranın İraqın qərbində yerləşən Əynuləsəd bazasına qarşı raket hücumundan irəli gələn xəsarətlər barədə deyib: Əlli nəfərdə beyin zərbəsi diaqnoz edilib. Beyin zərbəsindən irəli gələn xəsarətlərin əlamətləri başağrısı, başgicəllənmə, işığa həssaslıq və qusma vəziyyətidir.

Tramp ötən həftə bu bədən xəsarətlərini azönəmli adlandırmiş və belə demişdi: Eşitmişəm ki, onların başağrıları və digər problemləri var.

Bu sözlər Amerikada bir qrup müharibə veteranının tənqidinə səbəb oldu.