Fev 01, 2020 18:57 Asia/Baku
  • Rusiya Müftilər Şurasının sədri bütün İslam ölkələrini
    Rusiya Müftilər Şurasının sədri bütün İslam ölkələrini "əsrin sövdələşməsi"nə qarşı birləşməyə çağırıb

Rusiyanın ən ali islam təşkilatı olan "Müftilər Şurası"nın sədri bütün müsəlman ölkələrini "əsrin sövdələşməsi" planına qarşı çıxmağa çarırıb.

İRNA-nın məlumatına görə, Rusiya Müftilər Şurasının sədri Nafiullah Aşirov şənbə günü Fevralın 1-də deyib: " Seçkilərdə seçici rəğbətini qazanmaq ABŞ prezidenti Donald Tramp və Sionist rejimin baş naziri Benyamin Netanyahunun "əsrin sövdələşməsi" planını tələm-tələsik icra etmələrinin əsas amilidir.

Rusiya Müftilər Şurasının direktorunun sözlərinə görə, Tramp prezidentlik dövrünün ən pis dönəmini yaşayır və demokratların  istəyi əsasında onun impiçmenti prosesi başlanıb.

N.Aşirov Fələstin xalqının bu anti-Fələstin və anti-İslam planı ilə heç vaxt barışmayacaqlarını vurğulayıb. 

Teqlər