Fev 10, 2020 12:47 Asia/Baku
  • Lavrov: Rusiya Çinin silahlara nəzarət müqavilələrində iştirakı ilə müxalif deyil
    Lavrov: Rusiya Çinin silahlara nəzarət müqavilələrində iştirakı ilə müxalif deyil

Rusiya Çinin silahlara nəzarət müqavilələrində iştirakı ilə müxalif deyil. Bu sözləri deyən Rusiyanın xarici işlər naziri bildirib ki, bu sahədə Pekini təzyiq altında qoymayacaq.

Sergey Lavrov deyib: Amerika daima Çinin orta və qısa mənzilli raketlər barədəki danışıqlara qatılması məsələsinə və yeni “Start”a israr edir. Amma Pekin bir neçə ümumi açıqlamada həmin danışıqlara qatılmaqla müxalifətdən xəbər verib, zira Çinin nüvə qüvvələrinin strukturu Rusiya və Amerikanın nüvə qüvvələrinin strukturlarından əsaslı şəkildə fərqlənir.

Lavrov əlavə edib: Əgər Çin qəflətən öz qərarını dəyişərsə, Rusiya çoxtərəfli danışıqlarda iştirak edəcək, amma Pekini bu danışıqlarda iştiraka məcbur etməyəcək.

Rusiyanın xarici işlər naziri vurğulayıb: Moskva silahlara nəzarət üzrə sonrakı müqavilədə yeni rus silahlarının yerləşdirilməsi imkanı barədə dialoqa hazırdır, bu şərtlə ki, Amerika və digər Qərb ölkələri oxşar prinsipə üz tutmuş olsunlar.

 

Teqlər