Fev 16, 2020 20:26 Asia/Baku
  • Moskvada soyuq silahla hücum hadisəsi qeydə alınıb

Rusiyanın paytaxtı Moskvada soyuq silahla hücum nəticəsində bir neçə nəfər yaralanıb.

Sputnik Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın Daxili İşlər Nazirliyi bu gün fevralın 16-da silahlı bir şəxsin Saint Nikolas kilsəsində soyuq silahla insanlara hücum etməsi nəticəsində bir neçə nəfərin yaralanmasından xəbər verib.

Tass Xəbər Agentliyi bu insident nəticəsində xəsarət alanlardan iki nəfərinin kimliyinin məlum olduğunu bildirib. 

Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, insanlar hücumçu şəxsi polis qüvvələrinin gəlməsindən əvvəl yaxalamağa müvəffəq olublar.

Moskva rəsmiləri hadisəni törədənin kimliyi və motivasiyası barədə məlumat verməyiblər.

Teqlər